Müharibədə həlak olan 252 ukraynalının cəsədi ölkəsinə qaytarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Hərbi Əsirlərlə İş üzrə Əlaqələndirmə Qərargahı yayıb.
Qurumun məlumatına görə, qaytarılan cəsədlərin həlak olmuş hərbi qulluqçulara aid olduğu ehtimal edilir. Daxili İşlər Nazirliyinin ekspertiza müəssisələri və hüquq-mühafizə orqanlarının müstəntiqləri tərəfindən bütün zəruri ekspertizalar və şəxsiyyətin müəyyənləşdirilməsi işləri həyata keçiriləcək.
Cəsədlərin qaytarılması Əlaqələndirmə Qərargahının, Təhlükəsizlik Xidmətinin, Silahlı Qüvvələrin, Ombudsman Ofisinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin birgə səyləri nəticəsində mümkün olub.
Xatırladaq ki, bundan əvvəl 2026-cı il avqustun 13-də keçirilən repatriasiya tədbirləri nəticəsində Ukraynaya 261 nəfərin cəsədi qaytarılmışdı. 2025-ci ilin iyununda isə Prezident Volodimir Zelenski bəyan etmişdi ki, Rusiya tərəfi bəzi hallarda razılaşmalar çərçivəsində ukraynalı hərbçilərlə yanaşı, rusiyalı hərbçilərin və muzdluların da cəsədlərini ötürüb.
Bizim.Media































































































