Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə TRIPP layihəsinin həyata keçirilməsinin gedişatına həsr olunmuş müşavirə keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Administrasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.
Müşavirədə “TRIPP Development Company”nin (TDC) hüquqi və müqavilə sənədləri paketi, eləcə də qarşıdakı addımlar müzakirə olunub.
Xüsusilə, şirkətin nizamnaməsinin və səhmdarlar arasında müqavilə layihəsinin hazırlanması istiqamətində görülən işlər təqdim edilib.
Bildirilib ki, TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı bu formatda müzakirələr davamlı xarakter daşıyacaq.
Bizim.Media

- A-
- A
- A+
Region
21:08 / 17.09.2026
Paşinyan TRIPP layihəsi ilə bağlı müşavirə keçirdi
Hazırda oxunan: Paşinyan TRIPP layihəsi ilə bağlı müşavirə keçirdi
Hazırda oxunan: Paşinyan TRIPP layihəsi ilə bağlı müşavirə keçirdi
637275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































