İlham Əliyev Laçın-Xankəndi yolunda qurulan sərhəd-buraxılış məntəqəsindən DANIŞDI

Hazırda oxunan: İlham Əliyev Laçın-Xankəndi yolunda qurulan sərhəd-buraxılış məntəqəsindən DANIŞDI

629940
“Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirirdi”.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən bildirib.
 
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququnun və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin