Nazir: UNESCO-nun sessiyasında “Beynəlxalq Türk Dili Günü”nün təsdiqlənəcəyinə inanırıq

Hazırda oxunan: Nazir: UNESCO-nun sessiyasında “Beynəlxalq Türk Dili Günü”nün təsdiqlənəcəyinə inanırıq

621604

UNESCO çərçivəsində “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi məsələsini xüsusilə vurğulamaq istərdim.

Bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Azərbaycanın təşəbbüsü ilə 16 martda Ankarada keçirilmiş TDT-nin Fövqəladə Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə də üzv ölkələrin başçıları “UNESCO tərəfindən “Beynəlxalq Türk Dili Günü”nün elan edilməsi ilə bağlı tam dəstəklərini bir daha təsdiq edib. Bu yöndə görülən işlərin müsbət nəticə verəcəyinə və “Beynəlxalq Türk Dili Günü”nün təsis olunmasının UNESCO Baş konfransının 42-ci sessiyasında təsdiqlənəcəyinə inamımızı ifadə edirik", - o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin