İran polisindən konsulumuzun ölümü ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: İran polisindən konsulumuzun ölümü ilə bağlı AÇIQLAMA

615146

İran Polis Komandanlığı (FƏRACA) Azərbaycanın Təbrizdəki baş konsulluğunun əməkdaşı Ramil İmranovla bağlı baş vermiş ölümcül yol qəzasının ilkin təfərrüatlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda “Azad İran” məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Azərbaycanın Təbrizdəki konsulu faciəvi şəkildə HƏLAK OLDU - FOTO


FƏRACA Yol Polisi İdarəsinin rəisi Əhməd Kərimi Əsəd bildirib ki, hadisə şənbə günü günorta saatlarında Mərənd polis yol postunun nəzarət etdiyi ərazidə qeydə alınıb.

Məlumata görə, diplomatik nömrə nişanlı “Kia Sportage” markalı avtomobil yolun kənarında dayanmış betonqarışdıran yük maşını ilə toqquşub.

Polisin açıqlamasında qeyd olunub ki, avtomobildə yalnız Azərbaycan vətəndaşı Ramil İmranov olub və o, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

İlkin araşdırmaların gəldiyi qənaət belədir ki, sürücü toqquşmadan əvvəl avtomobili idarə etmək üçün effektiv reaksiya verməyib.

Hadisə yerində əyləc izlərinin olmaması da buna sübut kimi göstərilib. FƏRACA rəsmisinin sözlərinə görə, qəzanın ilkin səbəbi “sürücünün yola kifayət qədər diqqət yetirməməsi” hesab olunur.


Bununla yanaşı, sürücünün qəzadan əvvəl sağlamlığında problem yaranması ehtimalının da araşdırıldığı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin