Misli Premyer Liqasında VII turun oyunlarına yekun vurulur.
Bizim.Media xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə "İmişli" Yevlax şəhər stadionunda "Qarabağ"ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.
Günün digər matçında isə "Şəfa" "Turan Tovuz"la üz-üzə gələcək. "SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşma saat 18:30-da start götürəcək.
Bizim.Media





































































































