Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Hazırda oxunan: Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

611185

2025-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI: 

İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla ÇIXIŞ EDİBLƏR


Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatlar zamanı deyib.

"Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir", - Prezident bildirib və əlavə edib ki, əlaqələrin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır:

"Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir.
 

Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur.


Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin