Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

Hazırda oxunan: Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

607648

Bu gün Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, tədbirdə iki ölkənin biznes və dövlət strukturlarının nümayəndələri iştirak edirlər.

Şuranın həmsədrləri "Agalarov Development"in prezidenti Emin Ağalarov və "Delovaya Rossiya" ümumrusiya ictimai təşkilatının sədri Aleksey Repikdir.
 

Tədbir çərçivəsində Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Aleksey Overçukun, həmçinin Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru, İşgüzar Şuranın sədr müavini Yusif Abdullayevin çıxışları planlaşdırılıb.


Bundan başqa, "Texnopolis "Ximqrad" SC və "Nekst-T" SC arasında "Nekst-T" şirkətinin rezidentliyi barədə niyyət sazişinin imzalanması nəzərdə tutulub.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin