Yeganə Hacıyeva Vilnüs görüşlərinə aydınlıq gətirdi...

Hazırda oxunan: Yeganə Hacıyeva Vilnüs görüşlərinə aydınlıq gətirdi...

60142
Oktyabr  ayında Litvada rəsmi Vilnüsün ev sahibliyi ilə Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı ölkələrinin bir sira  silsilə tədbirlər kecirilmişdi. 
Bu tədbirlər haqda məlumat əldə etmək ücün  bu günlərdə Vilnusdan qayıtmış Milli Şuranın sədr aparatının üzvü və  Gənc Demokratlar İnstitutunun rəhbəri  Yeganə Hacıyevaya müraciət etdik və  ondan bu tədbirlər haqqında bizi məlumatlandırmağını xahiş etdik: 

- Diqqətinizə catdırım ki, bu tədbirlər Avropa Birliyi və Litva hökümətinin patronajlığı ilə  yuksək səviyyədə  kecirildi. Tədbirlərin mövzüsü geniş sahələri və müxtəlif sferalari əhatə edirdi  və əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əlaqələrin universal dəyərlər və standartlar əsasında möhkəmlənməsinə xidmət edirdı. Litva prezidentinın ev sahibliyi ilə  "Qlobal siyasətdə qadınların rolu"  konfransı , Litva  parlamentində Təhlükəsizlik və Müdafiə Komitəsinin təşkilatcılığı ilə "Regional və Qlobal təhlükəsizlik" mövzusunda konfrans ,  Litva Xarici İşlər Nazirliyində və Avropa Birliyinin  təşkilatcılığı ilə  "Şərq Tərəfdaşlığı proqramı imkanlar və prespektivlər  gənclərin gözü ilə" konfransı, Litva Xarici İşlər Nazirliyi və "Parlamentlərarası Demokratiya Forum"unun təşkilatçılığı ilə  Şərq Tərəfdaşlığı Ölkələrinın Gənclər Forumunun və Şərq Tərəfdaşlığı ölkələrinin Gənc Liderlərinin illik ücüncü Akdemiyası" və digər tədbirlər kecirildi. 
Qeyd edim ki, mən fəaliyyətimin profili ilə əlagədar  olaraq  Litva Xarici İşlər Nazirliyinin  və "Parlamentlərarası Demokratiya Forum"unun  ev sahibliyi etdiyi konfrans, dəyirmi masalarda  və  həmçinin Litva Parlamentinin Təhlükəsizlik və müdafiə komitəsinin  dəyirmi masasında iştirak etdim.

Litva Parlamentinin Baş katibi və prezident administrasiya rəhbəri  Yonas Milerius və Litvanın Avropa Birliyindəki xüsusi nümayəndəsi Loreta Raulinaityte  Litva höküməti, onun strukturu və iş təcrubəsi, hökümətdə gənclərin təmsilçiliyi və bunun nəzəri  əsasları haqqında geniş cıxış edərək, bu təcrübənin digər ölkələrdə də tətbiqinin uğurlu olacağına əminliyini bildirdi.

Litva Xarici İşlər Nazirliyində Avropa Birliyinin nümayəndəsi və Parlamentlərarası Demokratiya Forumunun iştirakı ilə  ilə "Şərq Tərəfdaşlığı Proqramı: İmkanlar və Prespektivlər gənc liderlərin  gözü ilə"  konfransında Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və Ermənistandan qatılmış gənc liderlərlə fikir mübadiləsi aparıldı, müzakirələrin sonunda Şərq Tərəfdaşlığı parlament Assambleyasının yaradılması haqqıda ümümi razılıq əldə edildi.

Litva  parlamentində Milli Təhlükəsizlik və Müdafiə Komitəsin təşkilatcılığı ilə "Regional və Qlobal təhlükəsizlik"  mövzusunda dəyirmi masada Rusiyanın Ukraynaya təcavüzü fonunda regionda yaranmış yeni reallıq və bu reallıq fonunda Şərq Tərəfadşlığı ölkələrinin təhlükəsizliyi və təhdidlər mövzusunda əhəmiyyətli və maraqlı müzakirələr oldu. Litva Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin rəhbəri Arvidas Anuşauskas yeni reallıqların fonunda Litvanın təhlükəsizlik siyasətinə yenidən baxdığını və digər ölkələrin də bunu etməli olduğunun vacibliyini vurğuladı.
Parlamentdə baş tutan digər konfransda isə " Parlamentlərarası Demokratiya Forumu" nun prezidenti, Avropa Şurası Parlament Assambleyasının vitse prezidenti, Litvanın AŞPA dakı  nümayəndə heyətinin rəhbəri, Litva İstiqlal Bəyannaməsinin müəlliflərindən olan Emanuel Zingeris Şərq Tərəfdaşlığı  ölkələrində gənclər hərəkatları, inkişafı və beynəlxalq təşkilatlarda lobbiçilik üsulları, bu ölkələrdə demokratik proseslərin inkşafı, gənc liderlərin bu prosesdə rolu və qatqıları mövzusunda açdığı müzakirədə fikir və təcrubə mübadiləsi ararıldı.
 Litva Parlamentində  Şərq Tərəfdaşlığı proqramı Gənclər Forumunun təşkil etdiyi Gənc liderlə Akademiyasında   Vilnüs Universiteti, Beynəlxalq Əlaqələr və Siyasi Elmlər İnstitutunun təşkilatcılığı  ilə “Siyasətçilərə peşəkar çağırış kimi” mövzusunda konfransda  gənc siyasi liderlərin mövcud və yeni imkanlar çərçivəsində siyasətdə uğur qazanmağın yolları və nəsillər qarşıdurmasının həlli yolları müzakirə edildi.

Ümumiyyətlə isə səfər cərcivəsində Litva Xarici İşlər Nazirinin müşaviri və xsusi  nümayəndəsi Donatas Augulis, Litva XİN-nin kecmiş şefi hazırda isə siyasi şöbənin  rəhbəri Audronius Azubalis , Litva  Xarici İşlər Nazirinin müavini və Litva  parlamentinin katibi Mantvydas Bekeşius ,parlamentin ictimaiyyətlə əlaqələr və media departamentinin rəhbəri Yolanda Anskaitiene , Litva Təhsil və Elm naziri Gintaras Stepanavicius , Litva Ədliyyə naziri və millət vəkili Remigiyus Şimaşius , Litva Parlamentinin   Energetika komitsinin rəhbəri və millət vəkili Rokas Zalinkausla , Litva Parlamentinin Gənclər və İdman komissiyasının rəhbəri Yuras Pozela , Litva Ədliyyə Nazirinin müavini Yulius Pagojusla maraqlı və əhatəli görüşlər, təcrubə və fikir mübadiləsi oldu.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin