Bu gün Küveyt İranın hərbi hücumlarından sonra diplomatik münasibətlərdə yeni məhdudiyyətlər tətbiq edib.
Bizim.Media xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq, Tehranın son addımları ilə bağlı rəsmi etiraz notasını təqdim etdiyini açıqlayıb.
Bununla yanaşı, Küveyt hökuməti İran səfirliyinin diplomatik heyətinin sayının azaldılması barədə göstəriş verib.
Rəsmi açıqlamaya əsasən, iki İran diplomat "arzuolunmaz şəxs" (persona-non-qrata) elan olunub və onlardan 24 saat ərzində ölkəni tərk etmək tələb olunub.
Xatırladaq ki, bu gün Küveyt Xarici İşlər Nazirliyindən bildirilib ki, İranın hücumları zamanı Küveyt beynəlxalq hava limanı və bəzi diplomatik nümayəndəliklər də hədəfə alınıb.
Rəsmi açıqlamada bildirilib ki, insident nəticəsində bir nəfər həyatını itirib, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Küveyt Səhiyyə Nazirliyinin məlumatına əsasən, hücum zamanı ən azı 63 nəfər yaralanıb.
Küveyt hakimiyyəti hadisəni beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobud şəkildə pozulması kimi dəyərləndirib. (Entekhab)
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:00 / 03.06.2026
Küveyt İran diplomatlarını ölkədən qovur
Hazırda oxunan: Küveyt İran diplomatlarını ölkədən qovur
Hazırda oxunan: Küveyt İran diplomatlarını ölkədən qovur
617021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































