Tramp 2028-ci il üçün varislərini elan etdi: "Yenilməz komandadır"

Hazırda oxunan: Tramp 2028-ci il üçün varislərini elan etdi: "Yenilməz komandadır"

617011

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərində qüvvələrini birləşdirmək qərarına gəlsələr, onları məğlub etmək qeyri-mümkün olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri iyunun 3-də danışıb.

"Reuters" agentliyi Trampın bu sözlərini sitat gətirib:

"Hesab edirəm ki, bir komanda olaraq Cey Di [Vens] və Marko [Rubio] üzərində qələbə qazanmaq çox çətin olacaq. Bu, maraqlı bir insani tənlikdir. Onları bir yerdə müşahidə edirəm, bir-birləri ilə çox yaxşı yola gedirlər".

Məqalə müəllifləri qeyd edirlər ki, hər iki siyasətçi 2028-ci il seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda əsas iddialçılar sayılır.

Üstəlik, Rubionun iyunun 2-də Konqresdəki çıxışı respublikaçılarla yanaşı, hətta bəzi demokratların da rəğbətini qazanıb.

Trampın zaman-zaman 2028-ci ildə hakimiyyətin varisliyi barədə fikirlər səsləndirməsinə baxmayaraq, həm Vens, həm də Rubio hələlik seçki marafonuna hər hansı bir hazırlıq gördüklərini təkzib edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin