Ermənistan seçkilərində ƏSAS FAKTOR – Bakı İrəvandakı siyasi gündəmi necə FORMALAŞDIRIR?

Hazırda oxunan: Ermənistan seçkilərində ƏSAS FAKTOR – Bakı İrəvandakı siyasi gündəmi necə FORMALAŞDIRIR?

616954

Ermənistanda səsvermə günü yaxınlaşdıqca, siyasi gərginlik də artır. Hər kəs nəticələr barədə müxtəlif fikirlər səsləndirir, proqnozlar irəli sürürlər.

Təbii ki, səsvermənin nəticələri barədə danışan siyasi ekspertlər xarici amillərə xüsusi diqqət yetirir.

Maraqlıdır ki, budəfəki seçkilərdə Qərb və Rusiyadan daha çox Azərbaycan faktoru xüsusilə ön plandadır. Azərbaycan faktorunun seçkilərə təsiri isə xarici mətbuatın da diqqət mərkəzindədir.

Azərbaycan faktoru beynəlxalq medianın diqqət mərkəzində

Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin MGIMO Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı Sergey Markedanovun nüfuzlu Forbes nəşrində dərc olunan məqalədə qeyd etdiyi fikirlər xüsusilə diqqət çəkir:

"Bir sıra həssas hərbi-siyasi məğlubiyyətlərdən sonra İrəvan Qafqaz regionundakı qeyri-rəsmi liderliyini Bakıya təhvil verib. Ermənistan və Azərbaycan əvvəllər etnosiyasi münaqişənin həlli üçün bərabərhüquqlu tərəfdaşlar kimi danışıqlar aparırdılarsa, bu gün Azərbaycan tərəfi qaydaları müəyyən edir və şərtləri diktə edir".

İtaliyanın "Ore 12" nəşri isə İrəvanın 2023-cü ildə etibarən hərbi qarantının olmadığını yazıb:

"KTMT artıq fəaliyyət göstərmir, həmçinin NATO da Ermənistanı rəsmi şəkildə müdafiə təklif etmir. Aİ-nin mülki missiyası isə sadəcə monitorinq funksiyasını yerinə yetirir. Əgər Bakı tələblərini irəli sürməyə davam edərsə, Qarabağda yaşayan erməni əhalisinin sonradan geri dönməsi yox, həm də Avropanın müdaxiləsi üçün heç bir hərbi aləti olmayacaq".

Rumıniyanın "Cotidianul" nəşrində dərc olunan məqalədə isə Ermənistandakı daxili vəziyyətin Azərbaycanla bağlılığından bəhs olunub:

"Seçkilər ərəfəsində Ermənistandakı daxili siyasi vəziyyət hərbi məğlubiyyətin nəticələrinə görə Azərbaycanla sıx bağlıdır. Vaşinqtonda çərçivə razılaşması əldə olunsa da, tam sülh müqaviləsi hələ də imzalanmayıb. Bakı ərazi iddialarını aradan qaldırmaq üçün Ermənistan konstitusiyasında dəyişikliklər tələb edir.

Bu fonda Ermənistanın Rusiyapərəst müxalifəti mövcud hökuməti Azərbaycana həddindən artıq güzəşt etməkdə, o cümlədən guya azərbaycanlıların planlaşdırılan məskunlaşdırılmasında (Qərbi Azərbaycana qayıdış – red.) ittiham edir. Paşinyanın alçaldıcı vəziyyətdə olduğu barədə saxta xəbərlər və süni intellekt tərəfindən yaradılan görüntülər internetdə yayılır".

Göründüyü beynəlxalq ekspertlər, nəşrlər də budəfəki parlament seçkilərində Azərbaycan faktorunun həlledici olduğunu söyləyir. Hətta səsvermənin nəticələrinə Azərbaycanın təsir faktoru Rusiya və Qərbin imkanlarından daha çox olduğu qeyd olunur.

Müharibədən sonra formalaşan yeni regional reallıq

44 günlük müharibənin nəticələri regiona yeni reallıqlar gətirdi. Artıq Azərbaycan regional güc mərkəzi kimi çıxış edir. Bu gün rəsmi Bakının iştirakı olmadan bölgədə heç bir layihə reallaşa bilməz. Əksinə bütün reagional layihələrin moderatoru və təşəbüskarı Azərbaycandır. Azərbaycan bu uğura təkcə iqtisadi gücü ilə deyil, həm də sülhsevər siyasəti ilə nail olub.

Postmüharibə dövründə Azərbaycanın apardığı siyasət yalnız regional rifaha və davamlı sülhə xidmət edib. Azərbaycan hətta Ermənistanla iqtisadi sahədə əməkdaşlığa maraqlı olduğunu dəfələrlə göstərib.

Amma Ermənistanın siyasi dairələrindəki bəzi qaragürüh və ultramillətçi qüvvələr Azərbaycanın sülhpərvər və insanlığa xidmət edən bu təşəbbüslərinə daima qarşı çıxır. Xarici havadarların dəstəyi ilə həmin qüvvələr iki ölkə arasında müharibənin yenidən alovlanmasına çalışaraq ölkəmizin sülh və rifah təşəbbüsləri pozmağa çalışırlar.

Amma Azərbaycanın qətiyyəti sayəsində Cənubi Qafqazda yeni reallıqlar formalaşıb. Bu gün bütün region ölkələri kimi, hətta Ermənistanın siyasi hakimiyyəti də Azərbaycanın təşəbbüslərini müsbət yanaşır.

Revanşist düşərgənin Azərbaycan narahatlığı

Seçki kampaniyasında Ermənistan cəmiyyətində gündəmi faktiki olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları formalaşdırır.

Bu da Ermənistandakı revanşist qüvvələri ciddi narahat edir. Məsələn Ermənistanın sabiq prezidenti Robert Koçaryan bu günlərdə seçicilərlə görüşündə həyəcan və təlaşla Paşinyanın sözlərindən sitat gətirib:

“Paşinyan deyir ki, Azərbaycan Ermənistanın təhlükəsizliyinin qarantıdır. Ciddi deyirsiniz? Biz dəlixanadayıq? Ona Ermənistanı təlim meydançasına və simulyatora çevirməyə, xalqın həyati maraqları ilə heç bir əlaqəsi olmayan siyasət yürütməyə icazə verməliyikmi?”

Bu sözləri ilə Koçaryan dolayısı ilə Azərbaycanın gücünü və parlament seçkilərində Azərbaycan faktorunun nə qədər güclü olduğunu etiraf edib.

Doğrudur, o bu reallığı qəbul etmək istəmir. Amma nitqindəki təlaş onu göstərir ki, onun kimi digər revanşistlərində proseslərə təsir imkanları yoxdur.

Rusiyalı oliqarx, "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyansa bu günlərdə bildirib ki, Ermənistanla bağlı bütün qərarlar hazırda Azərbaycanda verildiyi üçün Ermənistanı Azərbaycanın alətindən regional amilə çevirəcəyik:

“Çünki Paşinyan əsas müttəfiqlərimizlə münasibətlərimizi korlamaq üçün hər şeyi edib və biz bunu çox tez bir zamanda bərpa etməliyik”.

Karapetyan açıq şəkildə etiraf edir ki, real güc olaraq Azərbaycan regionun taleyini həll edir və bu siyasət bir çox gücləri regiondan sıxışdırıb çıxarıb. Bu da həm Ermənistandakı anti-milli qüvvələri, həm də bəzi xarici dairələri ciddi narahat edir. Ən böyük narahatlıq isə təbii ki, 7 iyun seçkilərində Azərbaycan faktorunun əsas olmasıdır.

Sülh gündəmi seçici davranışına necə təsir edir?

Əslində isə burada təəccüblü məqam yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Ermənistanın siyasi hakimiyyətini daha qısa zamanda sülh sazişini imzalamağa və kommunikasiyaları bərpa etməyə çağırır.

Bu çağırışlar təbii ki, hər bir erməni seçicisi üçün böyük önəm kəsb edir. Çünki 30 ildən çox davam edən münaqişə dövründə Ermənistan faktiki heç nə qazanmadı. Əksinə iqtisadi inkişafdan geri qaldı. Minlərlə erməni gənc ulitramillətçilərin iddialarının qurbanına çevrildi.

Ona görə də erməni cəmiyyəti müharibədən yorulub. Prosesləri düzgün qiymətləndirə bilən hər bir erməni dinc və sülh şəraitində yaşamaq istəyir. Amma revanşist qüvvələr Ermənistanı yeni müharibəyə səsləyir. Onlar Ermənistanda dincliyi və sülhü ancaq Azərbaycanla bağlayır, bunu təhdid kimi qələmə verməyə çalışırlar.  

Bəli, sülhün Azərbaycanın təşəbbüsü olduğu reallığını artıq Ermənistanın bütün siyasi dairələri dərk edir. Amma bəziləri korporativ maraqları üçün reallığı etiraf edə bilmirlər. Çünki bu etiraf onların siyasi sonunu gətirə bilər. Lakin bu cür revanşist mövqe nəticəni dəyişməyəcək. 7 iyun seçkilərinin nəticələrində Azərbaycan faktoru öz sözünü deyəcək.

Azərbaycan faktoru: regional siyasətin əsas istiqamətləndirici qüvvəsi

Nəzərə alaq ki, 30 illik işğal dövründə Azərbaycanda heç zaman Ermənistan faktoru əsas olmayıb. Çünki Ermənistan hər zaman işğalçı dövlət kimi çıxış edib. Soyqırımı bu dövlətin mahiyyəti və düşüncə tərzi olub.

Azərbaycansa isə hər zaman sülhün, regional rifahın çarçısı və təşəbbüskarı olub. Ona görə də Azərbaycan faktoru Ermənistanda əsas təsir mexanizminə çevrilib. Seçkilərin nəticələrini də məhz bu faktor müəyyən edəcək.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin