Rusiyanın Londondakı səfiri Andrey Kelin Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, bu barədə krallığın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya səfiri Ukraynaya qarşı davam edən zərbələrlə bağlı görüşə çağırılıb", - deyə bəyanatda bildirilib.
Bundan əlavə, nazirlikdən vurğulanıb ki, digər bir səbəb Rumıniyada pilotsuz uçuş aparatının (PUA) yaşayış binasına düşməsi ilə bağlı baş verən insident olub.
Qeyd edək ki, mayın 29-na keçən gecə Rumıniyanın Qalats şəhərində pilotsuz təyyarə çoxmənzilli yaşayış binasının damına düşüb və nəticədə iki nəfər xəsarət alıb. Rumıniya hakimiyyəti baş verənlərə görə Rusiyanı ittiham edib.
İddialara görə, dron zərbələr endirmək üçün Ukrayna istiqamətində uçurmuş. Buxarest Moskvaya qarşı diplomatik tədbirlər görəcəyinə söz verib.
Bizim.Media






































































































