İnsan beyni gün ərzində saysız-hesabsız fantaziyalar qurur. Bəlkə də fantaziya beynin yaratdığı ən maraqlı filmdir. Bu filmin həm ssenaristi, həm rejissoru, həm də baş qəhrəmanı özümüzük. Bir anın içində keçmişə qayıda, gələcəyi təsəvvür edə, heç vaxt görmədiyimiz məkanları və insanları zehnimizdə canlandıra bilirik. Fantaziyanın bolluğundan əziyyət çəkənlər də var, bundan faydalananlar da.
Xüsusən də yaradıcı sahənin insanları – rəssamlar, yazıçılar, rejissorlar təxəyyülün sayəsində maddi vəziyyətlərini yaxşılaşdırırlar. Lakin hər kəs fantaziya qurmaq bacarığına malik deyil. Bəzi insanlar heç bir görüntünü gözlərinin önünə gətirə bilmirlər. Elm buna Afantaziya və ya “zehin korluğu” deyir, yəni beyin heç nəyi görə bilmir.
Bəs afantaziya nədir, xəstəlik sayılırmı və stress bu vəziyyətin yaranmasına səbəb ola bilərmi?
Məsələn, yanımızda qızılgüldən danışsalar, onu görməsək də beynimiz xatırlayır, qızılgüllə bağlı neçə-neçə görüntülər, hətta şəninə bəstələnən mahnılar xatırlanır. Afantaziyası olan şəxs isə qızılgülün nə olduğunu bilir, amma onu gözünün önündə canlandıra bilmir. Afantaziyası olan adamlar yuxu da görə bilmirlər. Bəlkə də görürlər, oyanan kimi unudurlar.
Afantaziyanın cinsi, yaşı, coğrafiyası yoxdur: hər yerdə, hər yaşda rast gəlinə bilər. Amma səbəbləri müxtəlif olur. Bəzi insanlarda bu vəziyyət doğuşdan olur, bəzilərində isə baş travmasından sonra, nevroloji xəstəliklər nəticəsində ortaya çıxır. Amma ciddi psixoloji səbəblər, davamlı srtress, qəfil sarsıntı ilə də yarana bilər.
Maraqlıdır ki, mütəxəssislərin əksəriyyəti afantaziyanı xəstəlikdən çox beynin məlumatı emal etməsinin fərqli bir forması hesab edir. Bir çox insan ömrü boyu bunun fərqinə varmır və normal həyat sürür, amma fərqinə varanda isə güclü panik ataklar yaşayır.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:50 / 03.06.2026
Xəstəlik deyil, amma ondan daha betərdir - Beyin nə zaman “görə bilmir"?
Hazırda oxunan: Xəstəlik deyil, amma ondan daha betərdir - Beyin nə zaman “görə bilmir"?
Hazırda oxunan: Xəstəlik deyil, amma ondan daha betərdir - Beyin nə zaman “görə bilmir"?
616963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































