Bakıda avtomobildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “Changan” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb.
Avtomobilin digər hissələri yanğından mühafizə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:31 / 03.06.2026
Bakıda “Changan” yandı – VİDEO
Hazırda oxunan: Bakıda “Changan” yandı – VİDEO
Hazırda oxunan: Bakıda “Changan” yandı – VİDEO
616976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































