ABŞ-nin dövlət katibi Marko Rubio Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) dərin islahatlara ehtiyacı olduğu fikrini ifadə edib.
Bizim.Media xəbər verir ki, onun ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsindəki dinləmələrdə etdiyi çıxışını "NBC News" yayıb.
"Hesab edirəm ki, NATO-ya dərin islahatlar lazımdır", - deyə Rubio bildirib.
Amerika xarici siyasət idarəsinin rəhbərindən NATO-da artıq bu cür dəyişikliklərin baş verib-vermədiyni soruşduqda, o, mənfi cavab verib.
O vurğulayıb ki, ABŞ-nin avropalı müttəfiqlərinin hərbi bazalarına çıxış məsələsinin Türkiyədə keçiriləcək görüşdə - alyansın iyulun 7-8-də Ankarada keçiriləcək sammitində əsas yer tutacaq.
Bizim.Media






































































































