Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”

Hazırda oxunan: Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”

616966

Hakimin son söz üçün vaxt verdiyi Respublika Perinatal Mərkəzinin eks-direktoru Mehriban Abasquliyeva məhkəməyə qayıtmayıb.

Bizim.Media-nın “Qafqazinfo.az”a istinadən məlumatına görə, vəkil deyib ki, fasilə zamanı müvəkkilinin səhhəti pisləşib və o, təcili olaraq xəstəxanaya çatdırılıb.

Hakim Leyla Əsgərova Məmmədova isə bu məlumatın dəqiqləşdirilməsi üçün Səhiyyə Nazirliyinə və təqsirləndirilən şəxsin yerləşdirildiyi deyilən tibb müəssisəsinə sorğu göndəriləcəyini deyib.
 

Hakim əlavə edib ki, məhkəmədən qəsdən yayınma halı müəyyən ediləcəyi halda təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri həbslə əvəz oluna bilər. O, bu xəbərdarlığın birbaşa Mehriban Abasquliyevaya çatdırılmasını da tələb edib.


Gözlənilməz vəziyyət yarandığından sonuncu proses sabahadək təxirə salınıb.

Xatırladaq ki, M.Abasquliyeva Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı ittiham edilir.

O, bu gün məhkəmədə son söz deməli idi, lakin hazır olmadığından hakim hazırlaşmaq üçün eks-direktora 14:00-a kimi vaxt vermişdi. Bundan əvvəlki prosesdə prokuror Abasquliyevanın 8 il həbs edilməsini tələb etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin