Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

Hazırda oxunan: Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

617014

Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 32 yaşlı Cəmil Əhmədov saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tibbi müayinə zamanı sürücünün psixotrop maddə metamfetamin istifadə etdiyi məlum olub.

C.Əhmədov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin