Bakılı qadın Rusiyada nazir postuna gətirildi

Hazırda oxunan: Bakılı qadın Rusiyada nazir postuna gətirildi

617016

Larisa Kazakova Rusiyanın Penza vilayətinin təhsil naziri vəzifəsinə təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat regional hökumətin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, Larisa Kazakova bu il martın 17-dən sözügedən vəzifəni icra edirdi.

Məlumat üçün bildirək ki, Larisa Kazakova Bakıda anadan olub. O, 2002-ci ildə Penza Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib.

Kazakova Penzadakı 37 nömrəli məktəbdə elmi-metodik işlər üzrə direktor müavini vəzifəsində çalışıb. O, 2013-cü ildən Rusiyanın Axtarış Hərəkatının regional şöbəsinə rəhbərlik edib.

2022-ci ildən etibarən Penza Nəqliyyat Texnologiyaları Kollecinin direktoru olan Kazakovanın təşəbbüsü ilə 2023-cü ildə kollecin bazasında “Xüsusi Hərbi Əməliyyat Muzeyi” yaradılıb.

O, 2024-cü ildə K.Q. Razumovski adına Moskva Dövlət Texnologiyalar və İdarəetmə Universitetini bitirərək psixologiya üzrə magistr dərəcəsi alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin