Xəzərin Hövsan sahilləri qırmızıya boyandı - VİDEO

Hazırda oxunan: Xəzərin Hövsan sahilləri qırmızıya boyandı - VİDEO

617033

Sosial şəbəkələrdə Hövsan qəsəbəsi ərazisində Xəzər dənizinin dalğalarının qırmızı rəng olması ilə bağlı görüntülər yayılıb. Rəngli dalğalar olan ərazidən pis qoxunun yayıldığı da bildirilir.

Bizim.Media xəbər verir ki, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən “lent.az”ın sorğusuna cavab olaraq bildirilib ki, dalğaların rəngi həmin ərazidə yosunların artması ilə əlaqəli ola bilər:
 

“Xəzər dənizinin Hövsan qəsəbəsi ərazisində dənizin dalğalarının qırmızı rəng alması mövsümlə əlaqədar olaraq qırmızı-qonur yosunların çoxalması nəticəsində olma ehtimalını yaradır.


Bununla belə, nəzarət tədbirləri çərçivəsində su nümunələri götürülüb və mikroskopik analizlərin aparılması üçün Mərkəzi laboratoriyaya təqdim edilib.

Laborator analizlərindən sonra dəqiq nəticələr əldə olunacaq və ictimaiyyətə əlavə məlumat veriləcək”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin