80 min nəfərin yaşaması üçün nəzərdə tutulan dünyanın ilk “üzən şəhəri” hesab edilən Freedom Ship layihəsi təqdim olunub.
Bizim.Media xəbər verir ki, uzunluğu təxminən 1,8 kilometr, eni isə 228 metr olacaq nəhəng gəmi daimi yaşayış üçün 50 min sakin, 10 min turist və 20 min heyət üzvünü qəbul edə biləcək.
Layihəyə əsasən, gəmidə yaşayış məhəllələri, məktəblər, kollec, xəstəxana, ofislər, parklar, teatrlar, kitabxanalar, ticarət mərkəzləri, idman meydançaları və akvapark fəaliyyət göstərəcək.
Dəyəri 12 milyard funt sterlinq qiymətləndirilən üzən meqapolisin hər 2-3 ildən bir dünya ətrafında tam səyahət etməsi planlaşdırılır.
Müəlliflər bildirirlər ki, Freedom Ship adi kruiz gəmisi deyil, okeanda fasiləsiz hərəkət edən tamhüquqlu şəhər modeli olacaq.





Bizim.Media

- A-
- A
- A+
Dünya
15:55 / 03.06.2026
Dünyanın ilk üzən şəhərinin layihəsi təqdim olundu – FOTO
Hazırda oxunan: Dünyanın ilk üzən şəhərinin layihəsi təqdim olundu – FOTO
Hazırda oxunan: Dünyanın ilk üzən şəhərinin layihəsi təqdim olundu – FOTO
616977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































