Qubanın adları dəyişdirilən kəndlərindən VİDEOREPORTAJ

Hazırda oxunan: Qubanın adları dəyişdirilən kəndlərindən VİDEOREPORTAJ

617017

Xəbər verdiyimiz kimi, Quba rayonunda rus mənşəli adlar daşıyan 3 kəndin və 2 inzibati ərazi dairəsinin adı dəyişdirilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu təsdiqləyib və sərəncam imzalayıb.

Dövlət başçısının təsdiqlədiyi qanuna əsasən Alekseyevka inzibati ərazi dairəsi bundan sonra Çinarlı, Timiryazev qəsəbəsi Bəhrəli, Vladimirovka kəndi isə Elbir adlandırılacaq.

Yerli sakinlər uzun illərdir gözlədikləri məsələnin dövlət səviyyəsində həllini tapmasını məmnunluqla qarşılayıblar.

Sakinlər hesab edirlər ki, yeni ad kənddə yaşayan müxtəlif millətlərin birliyini və həmrəyliyini daha yaxşı ifadə edir.

Ətraflı Bizim.Media-nın videoreportajında:


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin