Moskvada benzinin satışına məhdudiyyətlər QOYULDU

Hazırda oxunan: Moskvada benzinin satışına məhdudiyyətlər QOYULDU

616983

Moskvada yanacaq satışına məhdudiyyətlər qoyulub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mediası yayıb.

Məlumata görə, Moskva bölgəsində fəaliyyət göstərən ORTK yanacaqdoldurma şəbəkəsi yanacaq satışına limitlər tətbiq edib.

Msk1.ru-nun xəbərinə əsasən, 30 may tarixindən etibarən bu şəbəkənin yanacaqdoldurma məntəqələrində bir müştəriyə maksimum 60 litr benzin və 100 litr dizel yanacağı satılır.

Şirkət bu limitlərin bütün şəbəkə üzrə tətbiq edildiyini təsdiqləsə də, qərarın səbəbləri açıqlanmayıb.

“Rosneft” və “Tatneft” bildiriblər ki, onların yanacaqdoldurma məntəqələrində ümumi məhdudiyyət yoxdur, lakin vəziyyətdən asılı olaraq ayrı-ayrı stansiyalarda limitlər tətbiq oluna bilər. “Lukoil” isə dizel satışında məhdudiyyət olmadığını, benzinin isə bir müştəriyə 100 litrədək satıldığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin