Ukraynadakı müharibədən əziyyət çəkən daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib.
Bizim.Media xəbər verir ki, onları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Bununla da, indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü keçib.
Xatırladaq ki, səfər çərçivəsində uşaqlar peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixososial təlimlər, ustad dərsləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin sabitləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:41 / 03.06.2026
Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirildi
Hazırda oxunan: Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirildi
Hazırda oxunan: Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirildi
617015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































