Paşinyandan Volodinə cavab: Ermənistanın özündə işçi qüvvəsi çatışmır

Hazırda oxunan: Paşinyandan Volodinə cavab: Ermənistanın özündə işçi qüvvəsi çatışmır

616984

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə, xüsusilə tikinti sektorunda işçi qüvvəsi çatışmazlığının müşahidə olunduğunu bildirib və vətəndaşları xaricə deyil, ölkə daxilində iş axtarmağa çağırıb.

Bizim.Media xəbər verir ki, Gegarkunik vilayətində keçirilən seçki kampaniyası zamanı çıxış edən Paşinyan xatırladıb ki, 2022-ci ildə Ukraynadakı müharibədən sonra hökumət əmək miqrasiyası imkanlarının azalacağından narahat idi.

Onun sözlərinə görə, hökumət daxildə iş yerləri yaratmaq üçün kapital tikintisinin həcmini artırmağa fokuslanıb.

Paşinyan qeyd edib ki, “bu gün Ermənistanda tikinti sahəsində işçi qüvvəsi çatışmır” və əvvəllər xaricdə çalışan bir çox şirkət artıq ölkə daxilində layihələr icra edir.

Bundan əvvəl, 2 iyun tarixində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə, ermənilər üçün Rusiyaya vizasız və güzəştli əmək miqrasiyası rejimi ləğv ediləcək və işə düzəlmə yalnız patent sistemi ilə mümkün olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin