Qazaxıstanda Rusiya vətəndaşları üçün YENİ QADAĞA

Hazırda oxunan: Qazaxıstanda Rusiya vətəndaşları üçün YENİ QADAĞA

617001

Qazaxıstan hökuməti 2022-2025-ci illər ərzində respublikaya sıfır gömrük rüsumu ilə idxal edilmiş elektromobillərin Rusiya vətəndaşlarına satılmasına, icarəyə və ya istifadəyə verilməsinə qadağa qoyub.

Bizim.Media xəbər verir ki, Rusiya vətəndaşlarının xeyrinə belə bir avtomobillə hər hansı bir əməliyyat həyata keçirmək üçün sahibindən əvvəlcə bütün müvafiq gömrük rüsumlarını və vergiləri ödəmək tələb olunacaq.

Xatırladaq ki, elektromobillərin rüsumsuz idxalı üçün tarif güzəşti müstəsna olaraq Qazaxıstanda daimi yaşayan vətəndaşlara şamil edilirdi.

Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına əsasən, bu növ nəqliyyat vasitələrinin ittifaqın digər ölkələrindən olan şəxslərə ötürülməsinə qoyulan məhdudiyyət gömrük rəsmiləşdirilməsi tarixindən etibarən üç il müddətində qüvvədə qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin