Ermənistanın hazırkı siyasi kursu Rusiyanın maraqlarına zidd konkret addımlarla nəticələnir.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində RİA Novosti agentliyinə müsahibəsində bildirib.
O, ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfərini şərh edərkən deyib ki, bu, rəsmi İrəvanın Qərb ölkələri ilə əməkdaşlığı genişləndirmək istiqamətində atdığı növbəti addımdır.
“Praktikada isə bu addımlar Rusiyanın maraqlarına qarşı yönəlmiş konkret hərəkətlərə gətirib çıxarır”, – deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, “St. Petersburg International Economic Forum”u iyunun 3-dən 6-dək davam edəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:20 / 03.06.2026
Zaxarova: İrəvanın kursu Rusiyanın maraqlarına ziddir
Hazırda oxunan: Zaxarova: İrəvanın kursu Rusiyanın maraqlarına ziddir
Hazırda oxunan: Zaxarova: İrəvanın kursu Rusiyanın maraqlarına ziddir
616971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































