“Milli Şurada fürsətcil və məqam gözləyənlər də var...”

Hazırda oxunan: “Milli Şurada fürsətcil və məqam gözləyənlər də var...”

38403

Milli Şuranın üzvü, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin sonuncu müsahibəsi gündəmi qarışdırdı. Turan şefi iddia edir ki, Milli Şuranı sadəcə danışıb, ancaq iş görməyənlərdən təmizləmək lazımdır. Bir çox Milli Şura üzvü isə hesab edir ki, bu cür təmizləmə qurumu parçalaya bilər? Yəni belə olsa, qurumun ən azı yarıdan çoxu təmizlənəsi olacaq.

 Moderator.az-a danışan Milli Şura üzvü, VHP icra aparatının rəhbəri Samir Əsədli deyir ki,  Mehman bəyin dediyi ilə razılaşmaq da, razılaşmamaq da olar: “MŞ müxtəlif ideoloji baxışlara malik müxalif düşüncəli insanların, müxtəlif partiyalardan olan şəxslərin birliyidir. İşləyən də, işləməyən də ola bilər. Amma elə etmək lazımdır ki, parçalanmadan, bölünmədən daha uğurlu variant tapılsın. MŞ-da fürsətçil və məqam gözləyənlər də, həqiqi sidqi ürəkdən prosesə qoşulanlar da, mübariz insanlar da var. Kimin kim olduğunu da hər kəs bilir. Amma MŞ-ni dar çərçivəyə də salmaq olmaz. MŞ daxilində işçi qruplar yaratmaq olar. Həmçinin İdarə Heyəti də mütləq formalaşdırılmalıdır. Rayon şöbələri mütləq yaradılmalıdır. İşçi qruplar yaradıb, işimizi daha da gücləndirə bilərik.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin