Rusiyada neft hasilatı çətinləşir, xərci artır – İnfroqrafika

Hazırda oxunan: Rusiyada neft hasilatı çətinləşir, xərci artır – İnfroqrafika

628921

Rusiyada neft hasilatının getdikcə daha mürəkkəb və baha başa gəldiyini göstərən yeni infoqrafikalar yayımlanıb.

Bizim.Media xəbər verir ki, təqdim olunan məlumatlara əsasən, 2010–2024-cü illər ərzində Rusiyada hasil edilən çətin çıxarılan neftin payı 20 faizdən 63 faizə yüksəlib. Rusiya Energetika Nazirliyi isə 2030-cu ilə qədər bu göstəricinin 80 faizi keçə biləcəyini bildirir.

Qeyd olunur ki, yeni qazılan quyuların orta gündəlik hasilatı da azalıb. Belə ki, bu göstərici 43,3 tondan 25,3 tona enib. Hasilatın azalmasını kompensasiya etmək üçün ölkədə hər il istifadəyə verilən yeni quyuların sayı 5,8 mindən 8,7 minə çatdırılıb.
 

Eyni zamanda, hasilatın texniki mürəkkəbliyi də artıb. Üfüqi qazmanın payı 10 faizdən 64 faizə yüksəlib, yeni quyuların yarıdan çoxu çoxşaxəli qazma texnologiyası ilə inşa edilir. Bir quyunun orta dəyəri isə 59 milyon rubldan 210 milyon rubla qədər artıb.


Məlumatlara görə, Rusiyada bir barel neftin hasilat xərci də yüksəlib. Bu göstərici 2015-ci ildəki 9 dollardan 2025-ci ildə 16 dollara çatıb. Müqayisə üçün qeyd edilir ki, ABŞ-da eyni dövrdə hasilat xərci 39 dollardan 33 dollara düşüb, Səudiyyə Ərəbistanında isə bir barel neft təxminən 10 dollara hasil olunur.

Təhlildə vurğulanır ki, neft ehtiyatları yaxın perspektivdə tükənməsə də, hər yeni barelin hasilatı daha çox quyu, daha böyük maliyyə və texniki resurs tələb edir. Sanksiyalar texnologiya və maliyyə resurslarına çıxışı çətinləşdirir, Ukrayna ilə müharibə fonunda zərbələr isə emal və logistika xərclərini artırır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin