Ruben Rubinyan: “Uşaqların sülh şəraitində böyüməsi üçün əlimdən gələni edəcəm” - VİDEO

Hazırda oxunan: Ruben Rubinyan: “Uşaqların sülh şəraitində böyüməsi üçün əlimdən gələni edəcəm” - VİDEO

628868

Ermənistan Milli Assambleyasının sədri vəzifəsinə hakim “Mülki müqavilə” partiyasından olan 36 yaşlı deputat Ruben Rubinyanın namizədliyi irəli sürülüb.

Bizim.Media xəbər verir ki, Ruben Rubinyan 9-cu çağırış parlamentin ilk iclasında spiker vəzifəsinə yeganə namizəd olub.

Onun namizədliyini hakim partiyanın parlament fraksiyasının rəhbəri Arusyak Manavazyan təqdim edib.

Manavazyan bildirib ki, Rubinyan uzun illər siyasət və dövlət idarəçiliyi sahəsində fəaliyyət göstərib, əvvəlki parlament tərkibində sədr müavinlərindən biri olub. O, həmçinin yaxın vaxtlara qədər Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlarda xüsusi nümayəndə vəzifəsini yerinə yetirib.

 

Hakim partiyanın nümayəndəsi Ruben Rubinyanın təşkilatçılıq bacarığının, balanslı yanaşmasının və siyasi yetkinliyinin Milli Assambleyaya effektiv rəhbərlik etməyə imkan verəcəyini vurğulayıb.


Spikerliyə namizəd çıxışında müxalifətə “təmiz səhifədən başlamağı” və daha konstruktiv əməkdaşlığa keçməyi təklif edib.

Rubinyan bildirib ki, cəmiyyətdə yeni çağırış parlamentinin əvvəlki tərkibdən daha zəif işləyəcəyi barədə fikir formalaşıb və bu stereotipi birgə səylərlə dəyişmək lazımdır.

“Parlamenti kəskin, lakin sivil müzakirələr platformasına çevirməyi təklif edirəm. Həmişə razılaşacağımızı və bir-birimizi incitmədən nəzakətli davranacağımızı düşünəcək qədər sadəlövh deyiləm”, – deyə Rubinyan bildirib.

O qeyd edib ki, hakimiyyət və parlament müxalifəti arasındakı münasibətlərdə yeni mərhələ başlamalıdır. Deputatların əsas vəzifəsinin vətəndaşların maraqlarını təmsil etmək və onların problemlərini həll etmək olduğunu vurğulayıb.

Rubinyan əlavə edib ki, müxalifətin onun namizədliyini dəstəkləyəcəyinə ümid etmir.

Çıxışının sonunda Ruben Rubinyan “Ermənistan” və “Güclü Ermənistan” müxalifət bloklarının parlament fraksiyalarının rəhbərləri seçilən Anna Qriqoryanı və Narek Karapetyanı təbrik edib.

 

O, həmçinin iyunun 7-də “Mülki müqavilə” partiyasına səs verən 700 mindən çox vətəndaşa təşəkkür edib və bildirib ki, həmin seçicilər hakim qüvvəyə demokratik islahatları davam etdirmək və sülh gündəliyini həyata keçirmək üçün aydın mandat veriblər.

 

“İyunun 7-də siz Ermənistanı, onun suverenliyini və müstəqilliyini, erməni demokratiyasını qorudunuz. İndi isə daha yaxşı yaşamaq – sülh şəraitində, münaqişəsiz və müharibəsiz yaşamaq vaxtıdır”, – deyə Rubinyan bildirib.

O əlavə edib ki, təxminən iki yaşlı oğlu müharibə görməyib və bütün uşaqların sülh şəraitində böyüməsi üçün əlindən gələni edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin