Serbiyada Dunay çayının səviyyəsi düşdü - Alman hərbi gəmisinin qalıqları üzə çıxdı

Hazırda oxunan: Serbiyada Dunay çayının səviyyəsi düşdü - Alman hərbi gəmisinin qalıqları üzə çıxdı

628960

Serbiyada isti hava səbəbindən Dunay çayında suyun səviyyəsinin azalması nəticəsində İkinci Dünya müharibəsi dövrünə aid alman hərbi gəmisinin qalıqları üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb.
 

Bildirilir ki, gəmi İkinci Dünya müharibəsinin sonlarında Sovet ordusunun hücumu zamanı geri çəkilən Üçüncü Reyx qüvvələri tərəfindən batırılıb.


Gəminin qalıqları Serbiyanın Prahovo kəndi yaxınlığında çayın dibində aşkarlanıb. Onların çıxarılması və ərazidə aparılacaq işlərin Dunay üzərindən gəmiçilik hərəkətinə mane ola biləcəyi qeyd olunur.

Məlumata görə, mümkün məhdudiyyətlər Serbiyaya hər il 5 milyon avroya qədər iqtisadi itkiyə başa gələ bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin