İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında yüngülçəkili idmançıların mübarizəsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda Azərbaycan Su İdman Növləri Federasiyasını iki idmançı təmsil edib.
Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal qazanıb.
Xatırladaq ki, Ziya Məmmədzadə və Nurlan Paşayev 12-14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıblar.


Bizim.Media

- A-
- A
- A+
İdman
07:45 / 03.08.2026
Avarçəkənlərimiz Avropa ikincisi oldu - FOTO
Hazırda oxunan: Avarçəkənlərimiz Avropa ikincisi oldu - FOTO
Hazırda oxunan: Avarçəkənlərimiz Avropa ikincisi oldu - FOTO
628933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































