ABŞ senatoru: Tramp administrasiyası İranla müharibədə çıxılmaz vəziyyətə düşüb

Hazırda oxunan: ABŞ senatoru: Tramp administrasiyası İranla müharibədə çıxılmaz vəziyyətə düşüb

628952

ABŞ-ın Arizona ştatından olan demokrat senator Mark Kelli hesab edir ki, Donald Tramp administrasiyası İranla qarşıdurmada çıxılmaz vəziyyətə düşüb və böhrandan çıxış yolu diplomatiyaya qayıtmaqdan keçir.

Bizim.Media xəbər verir ki, senator bu barədə CBS News telekanalına müsahibəsində danışıb.

Kellinin sözlərinə görə, mövcud vəziyyətə görə məsuliyyət Tramp administrasiyasının üzərinə düşür və münaqişədən çıxış yolunu da ABŞ Prezidenti tapmalıdır.

"Onlar çıxılmaz vəziyyətə düşüblər, buna görə məsuliyyət daşıyırlar və bu vəziyyətdən çıxış yolunu məhz prezident tapmalıdır", – deyə senator bildirib.

O, həmçinin Ağ Evin Tehranla danışıqlar aparmaq üsulunu tənqid edərək, bu prosesin diplomatik təcrübəsi olmayan şəxslərə həvalə edilməsinin düzgün olmadığını vurğulayıb.

"Mən ona indiyədək etdiklərini təkrarlamamağı tövsiyə edərdim. Danışıqları dostu olan bir şəxsə və ya kürəkəninə həvalə etmək olmaz. İranla danışıqları bacaran peşəkarları cəlb etmək və müttəfiqlərimizi yenidən bir araya gətirmək lazımdır", – deyə Kelli qeyd edib.

Senatorun açıqlaması Donald Trampın İrana qarşı planlaşdırılan hərbi əməliyyatın ləğv edildiyini və tərəflərin çərçivə sülh sazişinə yaxınlaşdıqlarını bildirməsindən sonra səslənib.

Associated Press-in məlumatına görə, Vaşinqtonun təklif etdiyi plan region ölkələrinin vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqların bərpasını nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin