Süni intellekt sahəsinə yönəldilən nəhəng investisiyaların gələcəkdə yeni maliyyə böhranına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıqlar səsləndirilir.
Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri yazıb.
Məlumata görə, süni intellekt texnologiyalarını dəstəkləmək üçün məlumat emalı mərkəzlərinin (data mərkəzləri) tikintisinə təxminən 7 trilyon dollar sərmayə yatırılması planlaşdırılır.
Nəşr qeyd edir ki, əgər bu investisiyalar gözlənilən gəliri verməzsə, nəticədə yeni maliyyə böhranı yarana və bu, dünya iqtisadiyyatına ciddi zərbə vura bilər.
Ekspertlərin fikrincə, süni intellekt sektorunda müşahidə olunan sürətli investisiya artımı gələcəkdə bazarda riskləri əhəmiyyətli dərəcədə yüksəldə bilər.

Bizim.Media



































































































