Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - VİDEO

Hazırda oxunan: Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - VİDEO

628951

Meksikada ordusunun xüsusi təyinatlıları və federal təhlükəsizlik qüvvələrinin keçirdiyi birgə əməliyyat nəticəsində “Los Reyes” narko-kartelinin rəhbəri, cinayət aləmində “Ponço” ləqəbi ilə tanınan Alfonso Fernandes Maqalyon saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.
 

“Ponço” beynəlxalq səviyyədə axtarışda olan ən təhlükəli narkobaronlardan biri hesab edilirdi. ABŞ hakimiyyəti onun yerini göstərən və ya həbs olunmasına kömək edəcək məlumat üçün 5 milyon dollar məbləğində böyük mükafat təyin etmişdi. Xüsusi hazırlıqla həyata keçirilən əməliyyat zamanı kartel başçısı müqavimət göstərə bilmədən ələ keçirilib.


Qeyd edək ki, Alfonso Fernandes Maqalyonun rəhbərlik etdiyi “Los Reyes” qruplaşması ABŞ-yə külli miqdarda narkotik vasitələrin qanunsuz daşınmasında, habelə regionda silsilə ağır cinayətlərin törədilməsində ittiham olunur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin