Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində genişmiqyaslı meşə yanğınları davam edir. Alov artıq avtomobil yollarına qədər yaxınlaşıb.
Bizim.Media xəbər verir ki, bölgədə ümumilikdə 26 min hektar meşə sahəsi yanır. Hazırda 133 yanğın ocağı qeydə alınıb.
Yanğınların söndürülməsinə 680 nəfər və üç Mi-8 helikopteri cəlb olunub. Əlavə qüvvələr Tümen, Yekaterinburq, Arxangelsk və İrkutsk vilayətlərindən göndərilib.
Məlumata görə, indiyədək yalnız 7 min hektar ərazini əhatə edən 12 yanğın ocağı lokallaşdırılıb.
Qatı tüstü yaşayış məntəqələrini və avtomobil yollarını bürüyüb. Yerli sakinlər havada güclü yanıq qoxusunun hiss olunduğunu bildirirlər.
Tüstü səbəbindən magistral yollarda görünmə məsafəsi xeyli azalıb və sürücülər hərəkəti minimum sürətlə davam etdirmək məcburiyyətində qalıblar.
Bizim.Media

- A-
- A
- A+
Region
18:47 / 02.08.2026
Yamalda meşə yanğınları genişlənir: Alov magistral yollara çatıb - VİDEO
Hazırda oxunan: Yamalda meşə yanğınları genişlənir: Alov magistral yollara çatıb - VİDEO
Hazırda oxunan: Yamalda meşə yanğınları genişlənir: Alov magistral yollara çatıb - VİDEO
628913
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































