AzTV-də narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunan “Qara kabus” adlı yeni filmi yayımlanıb.
AzTV-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, filmdə narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr, qaçaqmalçılıq marşrutları, dövlət sərhədlərində həyata keçirilən mübarizə tədbirləri, hüquq-mühafizə orqanlarının əməliyyatları, eləcə də narkomaniyanın cəmiyyət və insan taleləri üzərində ağır fəsadları geniş şəkildə işıqlandırılır.
“Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri narkotik qaçaqmalçılığına qarşı görülən tədbirlər, son illərdə əldə olunan nəticələr və müasir çağırışlar barədə məlumat veriblər. Filmdə həmçinin sərhəddə keçirilən əməliyyatlardan, dəniz və quru sərhədlərinin mühafizəsindən, müasir texnologiyalardan istifadə edilməklə törədilən cinayət cəhdlərindən bəhs olunur.
“Qara kabus” yalnız təhlükənin miqyasını göstərməklə kifayətlənmir, eyni zamanda narkomaniyadan əziyyət çəkmiş insanların həyat hekayələri vasitəsilə bu bəlanın fərdlərə və ailələrə vurduğu ağır zərbəni tamaşaçıya çatdırır. Maarifləndirmənin əhəmiyyətini ön plana çıxaran film gəncləri yanlış seçimlərin acı nəticələri barədə düşünməyə çağırır”, - məlumatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:38 / 02.08.2026
“Qara kabus” - Qanunsuz dövriyyənin qarşısı necə alınır? - VİDEO
Hazırda oxunan: “Qara kabus” - Qanunsuz dövriyyənin qarşısı necə alınır? - VİDEO
Hazırda oxunan: “Qara kabus” - Qanunsuz dövriyyənin qarşısı necə alınır? - VİDEO
628835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































