Rubinyan: Ermənistan-Azərbaycan danışıqları Ermənistan-Türkiyə normallaşma prosesini qabaqlayır

Hazırda oxunan: Rubinyan: Ermənistan-Azərbaycan danışıqları Ermənistan-Türkiyə normallaşma prosesini qabaqlayır

628874

Ermənistan parlamentinin spikeri vəzifəsinə namizəd, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə keçmiş xüsusi nümayəndə Ruben Rubinyan bildirib ki, Ermənistan-Azərbaycan danışıqları Ermənistan-Türkiyə normallaşma prosesini qabaqlayır.

Bizim.Media xəbər verir ki, Rubinyan bu barədə avqustun 2-də Milli Assambleyanın iclasında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar artıq konkret praktiki nəticələr verib.

“Məsələn, Azərbaycan tərəfi Türkiyədən daha əvvəl Ermənistandan dəmir yolu tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı. Bundan başqa, Ermənistan və Azərbaycan arasında, xüsusilə neft məhsulları üzrə birbaşa ticarət artıq mövcuddur”, – deyə Rubinyan bildirib.

O qeyd edib ki, artıq Türkiyə tərəfinin də Ermənistanla münasibətlərin normallaşdırılması prosesini sürətləndirməsinin vaxtı çatıb.

“Mən sabah Ermənistan və Türkiyənin diplomatik münasibətlər qurmasına və sərhədləri açmasına mane olacaq heç bir səbəb görmürəm”, – deyə o vurğulayıb.

Rubinyan etiraf edib ki, proses gözləniləndən daha yavaş irəliləyir. Bununla belə, o, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının yaxın olduğunu və bunun yalnız zaman məsələsi olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin