Azərbaycan güləşçiləri dünya çempionatını 7 medalla başa vurublar

Hazırda oxunan: Azərbaycan güləşçiləri dünya çempionatını 7 medalla başa vurublar

628938

Bakıda təşkil edilən güləş üzrə U-17 dünya çempionatına yekun vurulub.

Bizim.Media xəbər verir ki, Azərbaycan komandası turniri 7 medalla başa vurub.

Daha əvvəl yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kiloqram), Abdurrahman Hüseynli (51 kiloqram) və İsfahan Həsənov (80 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram), Elmir Çərkazov (60 kiloqram) və Orxan Həbibli (65 kiloqram) isə bürünc medal qazanıblar.

Son gündə 51 kiloqram çəki dərəcəsində yarışan sərbəst güləşçi İbrahim Həsənov gümüş medal əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin