Bu gün Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatına yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, yarışın son günündə Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov (51 kq) qızıl medal uğrunda final görüşünə çıxacaq.
O, həlledici qarşılaşmada iranlı Benyamin Mayvanla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar.
Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə dünya çempionatının bürünc medalına sahib olublar.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:02 / 02.08.2026
Dünya çempionatı: Güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq
Hazırda oxunan: Dünya çempionatı: Güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq
Hazırda oxunan: Dünya çempionatı: Güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq
628833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































