Ukrayna Rusiyanın ballistik raketlərindən necə müdafiə olunmalıdır?

Hazırda oxunan: Ukrayna Rusiyanın ballistik raketlərindən necə müdafiə olunmalıdır?

628962

Ukrayna Prezidenti Volodimir Zelenskinin müdafiə texnologiyaları üzrə müşaviri Sergey Beskrestnov ölkənin Rusiya ballistik raketlərindən qısa müddətdə qorunmasının əsas yolunun beynəlxalq dəstək və əlavə raket tədarükü olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Beskrestnov bu barədə "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, əgər ballistik raketlərə qarşı koalisiyanın qərarı və Patriot raketlərinin lisenziya əsasında istehsalı məsələsi nəzərdə tutulmursa, hazırda Ukraynaya kömək edə biləcək yeganə yol beynəlxalq ictimaiyyətin öz ehtiyatlarından raketlər təqdim etməsidir.
 

Beskrestnov bildirib ki, Rusiya müdafiə sənayesi ayda təxminən 70 "İskəndər" raketi, 50-yə yaxın S-400 raketi və 4-7 ədəd hipersəsli "Sirkon" raketi istehsal edir.


Onun məlumatına görə, Patriot kompleksləri üçün PAC-3 raketlərinin istehsalı isə ayda təxminən 50-60 ədəd təşkil edir.

Müşavirin sözlərinə əsasən, Rusiyanın hazırda ehtiyatında təxminən 200-300 "İskəndər" raketi ola bilər. Bununla yanaşı, dünyada mövcud PAC-3 raketlərinin ümumi ehtiyatı təxminən 4-5 min ədəd qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin