Məsim Məmmədov: Gənclərimiz yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini təbliğ edəcəklər

Hazırda oxunan: Məsim Məmmədov: Gənclərimiz yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini təbliğ edəcəklər

628854

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri ilə Azərbaycan dünyaya yeni şəhərsalma modeli təqdim edir. Belə miqyasda dağıdılmış ərazilərin yenidən qurulması, müasir standartlara uyğun şəhər və kəndlərin salınması dünya təcrübəsində nadir nümunələrdəndir.

Bizim.Media  xəbər verir ki, bu sözləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.

O bildirib ki, düşərgə çərçivəsində qazanılan təcrübə, qurulan dostluq əlaqələri və Azərbaycanın reallıqları ilə yaxından tanışlıq gənclərin gələcək fəaliyyətində mühüm rol oynayacaq.

M. Məmmədov diaspor gənclərinin yaşadıqları ölkələrdə Azərbaycanın həqiqətlərinin təbliğinə töhfə verəcəklərinə, həmçinin burada qazandıqları bilik və əlaqələrdən gələcək karyeralarında uğurla istifadə edəcəklərinə əminliyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin