Polşada yenə ukraynalıları döydülər - 3 nəfər xəsarət alıb - FOTO

Hazırda oxunan: Polşada yenə ukraynalıları döydülər - 3 nəfər xəsarət alıb - FOTO

628929

Polşanın Kojuxuv şəhərində iki Ukrayna vətəndaşı və bir qadın fiziki hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı inPoland nəşri  yayıb.

Məlumata görə, insident hostelin ərazisində baş verib. Münaqişənin avtomobildə səsləndirilən musiqi səbəbindən yarandığı bildirilir.

İddialara əsasən, hücum edən şəxslərdən biri "Ukraynaya rədd ol!" deyə qışqırdıqdan sonra digər şəxsləri də hadisə yerinə çağırıb.

Hücum nəticəsində zərərçəkənlər baş nahiyəsindən kəsik və əzik xəsarətləri alıblar. Onlardan ikisinə tibbi yardım göstərilərək tikiş qoyulub.

Hadisə ilə bağlı Polşa polisi araşdırma aparır və hücumda iştirak edən şəxslərin axtarışını davam etdirir.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin