Nazir müavini: İşğal dövründə 700-dən çox tarixi və mədəniyyət abidəmiz dağıdılıb

Hazırda oxunan: Nazir müavini: İşğal dövründə 700-dən çox tarixi və mədəniyyət abidəmiz dağıdılıb

628876

Bu torpaqlarda (Qarabağ və Şərqi Zəngəzurda – red.) azərbaycanlıların böyük tarixi izi, zəngin mədəni irsi var. Bu mədəni irs 30 illik işğal dövründə böyük talanlara və dağıntılara məruz qalıb.

Bizim.Media C xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.

O bildirib ki, ümumilikdə 700-dən çox tarix və mədəniyyət abidəmiz işğalçılar və separatçılar tərəfindən dağıdılıb.

“Təbii ki, həmin abidələr sırasında bizim üçün müqəddəs sayılan məscidlər, türbələr, eləcə də qəbiristanlıqlar xüsusi əhəmiyyət daşıyırdı. Bu müqəddəs məkanlar da ən vəhşi və amansız şəkildə viran edilib”, - deyə nazir müavini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin