Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu

Hazırda oxunan: Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu

628892

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə zidd qeyri-etik davranışlar sərgiləyən və bu məzmunlu paylaşımlar edən daha bir tiktoker həbs edilib.

Bizim.Media "Unikal"a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Əlikram Heydərov Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə inzibati xəta protokolu tərtib olunaraq iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Əlikram Heydərov 8 sutka müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, analoji səbəbdən tiktokerlər - Sənur Əzizov və Müjgan Məmmədzadə də inzibati qaydada həbs ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin