Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş

Hazırda oxunan: Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş

628866

Dünən gecə Goranboyda baş verən ailə dramının bəzi təfərrüatları məlum olub. 

Bizim. Media-nın yerli bürosunun məlumatına görə, atası - 57 yaşlı Şahin Aslanov tərəfindən bıçaqlanaraq öldürülən 33 yaşlı Elvin Aslanov valideynləri arasında yaranan mübahisə zamanı onları ayırmaq istəyərkən bıçaq zərbəsi alıb. 

Belə ki, ata, Şahin Aslanov həyat yoldaşına bıçaqla zərbə endirmək istəyərkən bıçaq oğlunun ürək nahiyəsinə dəyib. 33 yaşlı şəxs aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib. 33 yaşlı Elvin Aslanov rayonda tanınan fitnes müəllimi idi.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şahin Aslanov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin