Rusiya ordusu ötən ay rekord itkilər verib

Hazırda oxunan: Rusiya ordusu ötən ay rekord itkilər verib

628904

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, Rusiya ordusu 2026-cı ilin iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə xeyli az ərazi irəliləyiş əldə edib, lakin rekord sayda canlı qüvvə itkisi verib.

Bizim.Media xəbər verir ki, analitiklərin hesablamalarına əsasən, Rusiya qüvvələri iyul ayında Ukrayna ərazisində təxminən 122 kvadrat kilometr sahəni nəzarətə götürüb. Müqayisə üçün qeyd olunur ki, 2025-ci ilin iyulunda bu göstərici təxminən 456 kvadrat kilometr olub.
 

ISW bildirir ki, 2026-cı ilin iyulu Rusiya ordusu üçün ilin ən ağır ayı olub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, həmin ay Rusiya ordusunun 42 860 hərbçisi itki verib ki, bu da genişmiqyaslı müharibə başlayandan bəri ən yüksək aylıq göstəricidir.


Hesabatda qeyd olunur ki, Rusiya qüvvələri Konstantinovka istiqamətində hücumları intensivləşdirsə də, şəhəri ələ keçirə və ya əməliyyat baxımından əhəmiyyətli nəticə əldə edə bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin