Rəsul Quliyev: “Sessiyanın Qahirə bazarına çevrilməməsi üçün”¦”

Hazırda oxunan: Rəsul Quliyev: “Sessiyanın Qahirə bazarına çevrilməməsi üçün”¦”

37460

Milli Şura kritik 3 dekabr sessiyasına hazırlaşır. Rüstəm İbrahimbəyov sədrlikdən gedir, yerini Cəmil Həsənliyə verir. Çox gərgin keçəcəyi söylənilir budəfəki toplantının. Moderator.az saytı bu arada Amerikada mühacirətdə olan eks-spiker Rəsul Quliyevin sessiya ilə bağlı fikirlərini öyrənmək istəyib və ona belə bir məzmunda sualla müraciət etmişik:

 “Rəsul Quliyevin gözləntiləri nədir və hansı təklifləri verərdi? Milli Şuranı böhrandan qurtarmaq üçün hansı təxirəsalınmaz tədbirlər görülməlidir?”

Buyurun, onun cavabı ilə tanış olun:

“İlk növbədə 2014-cü ildə Azərbaycan cəmiyyətində (əlbəttə təbii fəlakətlərdən başqa) heç bir kataklizm gözlənilmir. Müəyyən proseslərin getməsi üçün (yəni höküməti siyasətini dəyişməyə məcbur edən) ölkənin daxilində istənilən qruplaşma, o cümlədən MŞ variantında gücün olduğunu görmürəm. Ölkədə müəyyən dəyişikliklərin baş verməsi isə ( mən hökümətin aşağı səviyyəli rüşvətin azaldılması siyasətini dəyişiklik hesab etmirəm) dünyada gedəcək proseslərdən asılı olacaq. Dünyanın dəyişəcək siyasəti sözsüz ki, Azərbaycanla əlaqədar deyil, ancaq birbaşa bu tipli ölkələrə güclü təsir göstərəcək. Məsələn, neftin və qazın qiymətlərinin azı 30 faiz aşağı düşməsi. Belə bir prosesin getməsi mütləq realdır. Bu qiymətlərin aşağı düşməsini super dövlət istəyəcək, ya yox? Neftin qiymətinin aşağı düşməsi Amerika və Avropanın siyasətini dəstəkləmədiyi bir sıra ölkələrin məsələn (RF,Venesuela, Azərbaycan) daxilində problemlərin yaranmasına səbəb olacaq. Ancaq paralel bu gün ən böyük importyor olan Çinin iqtisadi qüdrəti xeyli artacaq və neftin qiymətininin düşməsindən əldə etdiyi pulu öz hərbinin inkişafına yönəldəcək. O isə öz növbəsində Amerikanın balans saxlamaq üçün hərbi xərclərinin artması ilə qurtaracaq. Bu gün ABŞ belə bir dilemmanın qarşısındadır. İranla əlaqələrin inkişafından çox şey asılıdır. İran tamamilə embarqodan xilas olsa, Avropaya ən azı 250 milyon ton ildə neft və qaz və 100 milyon ton da neft Çin və Yaponiyaya bazarına çıxaracaq. Maya dəyəri Azərbaycan neftindən 2 , Rusiya neftindən 3 dəfə uçuz olan İran karbohidrogen xammalı sözsüz ki, neftin qiymətini aşağı salan faktorlardandır. Niyə sualınızdan kənara çıxıb bu məsələni ortaya atdım. Həm hökümətin ,həmdə camaatın nəzərinə çatdırmaq istəyirəm ki, müxalifətin zəif olması rejimin təhlükəsizliyinə qarant deyil, başqa faktorlar da vardır. MŞ üzvlərinin heç olmasa 60 faizi normal düşünə bilirsə, o iclasın gərgin keçməsinə bir əsas görmürəm. Bu təşkilat ancaq və ancaq iki məsələni müzakirə etməlidir:

 1.Seçkiləri uduzmağın səbəblərini. Səbəb olaraq birincisini mən yazıram; Hökümətin seçki məntəqələrində saxtakarlıq etməsi. Bu məsələnin üzərundə dayanmaq lazım deyil, başqa səbəblərə keçmək lazımdır.

 2. Növbəti seçkilər üçün proqramın yazılması və təsdiq olunması.Çıxışlar bu tədbirlərin konturları əsasında qurulmalıdır. Bu iki məsələ gərgin müzakirə olunmalıdır, ola bilər 3-5 gün davm etsin,çünki bu müzakirə “quş qoymaq” xatirinə olmamalıdır. Bu müzakirələrdən sonra artıq ümumi mənzərənin 80 faizi formalaşdıqdan sonra bu proqramı yerinə yetirə biləcək komandanın strukturu necə olmalıdır,idarəçilik necə qurulmalıdır , İdarəçiliyin ali orqanı və ya işləyən nüvəsi olmalıdır, ya yox, “sədr lazımdır” ya “həmsədrlik lazımdır” məsələləri sonradan müəyyənləşdirilməlidir. Burada süni gərginlik yaradacaq bir problemin olduğunu görmürəm. Ancaq bu iclasın normal və konstruktiv keçməsi iclasa sədrlik edənin iclas aparmaq təcrübəsindən çox asılıdır. Nəzərə alsaq ki, bizdə iclasda və müzakirələrdə özünü aparmaq mədəniyyəti çox aşağı səviyyədədir, sessiyanın Qahirə bazarına çevrilməməsi iclasın sədrindən asılıdır. Əgər sədr 1993-cü ildən mövcud olan və bu günə qədər davam edən, “a bəy, (yəni sədrə müraciət edir) mənə niyə söz vermirsən, özün də demokratiyadan danışırsan” tipli təxribatçı atmacalara uysa, hamını bir təhər yola gətirmək istəsə, MŞ qaynar yox, söyüşlər iclasına çevriləcək. İclası Cəmil müəllim aparacaqsa gərək bunu nəzərə ala. Heç bir variantda MŞ-nın yerini müəyyənləşdirməmiş sədarət və idarə orqanları məsələsinə baxmaq olmaz. Mənim fikrimcə MŞ sökülməli və yenidən qurulmalıdır. Üzvlərin sayı minimuma çatdırılmalıdır. Ağılları şübhə doğuran tərbiyəsiz adamları qəti surətdə MŞ-ya seçmək olmaz. Hər təşkilatdan müzakirədə bir, ,maksimum iki üzv çıxış edə bilər,bunu normaya çevirmək lazımdır. Hər bir təşkilat məsələni öz daxilində müzakirə etməli və birinə bu qərarı çatdırmağı həvalə etməlidir. Müzakirələr vaxtı yeni situasiyalar yaransa fasilə elan olunmalıdır və hər qrup separat müzakirə edib sonra fikrini bildirməlidir. İclasın mən dediyim kimi keçirilməsinə nail olunmasa, səhərə qədər fasilə elan edilməlidir və iclası aparan yeni sədr tapılmalıdır.”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin