Milli Şuradan çıxarılan Şıxəli Qurbanovun qızı danışdı

Hazırda oxunan: Milli Şuradan çıxarılan Şıxəli Qurbanovun qızı danışdı

35716
Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın ötən gün qurumdan çıxarılan üzvü, ictimai xadim Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova deyib. O bildirib ki, Milli Şuraya ACP-nin keçmiş lideri Rəsul Quliyevin təklifi ilə qəbul olub: “Rəsul Quliyevə təşəkkürümü bildirdim. Amma bu qurumda təşkilat işinin zəif olduğunu, sənədlərin çox aşağı səviyyədə hazırlandığını, ümumiyyətlə üzvlərinin sayının az olduğunu qəbul etmədiyimdən, bu qurum işə başlamadan oraya getməkdən rəsmən imtina etdim”.
G. Qurbanova qeyd edib ki, Milli Şuranın işində iştirak etməyəcəyini əvvəlcədən adıçəkilən qurumun rəhbərliyinin diqqətinə çatdırıb: 
“Çoxları mövqeyimlə bağlı bəyanatla çıxış etməyimi təklif verdi. Lakin hesab etdim ki, bu qurum işə başlamadan mənim kimi kifayət qədər tanınan bir adamın qurumu tərk etməyi barədə bəyanat verməsi Milli Şuranın işinə mane ola bilər. Bu baxımdan da təklifləri rədd etdim”.
G. Qurbanova vurğulayıb ki, bütün sadaladığı məqamlara görə, Milli Şuranın bu qərarının ona aidiyyati yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin