Avropa Birliyi Milli Şuraya cavab verdi

Hazırda oxunan: Avropa Birliyi Milli Şuraya cavab verdi

35124

Xəbər verildiyi kimi, Milli Şuranın Triflis müşavirəsinin qərarına əsasən Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov Avropa Komissiyasının prezidenti cənab Joze Manuel Borrozo, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton, Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti Üzrə komissarı Ştefan Füleyə avqustun 5-də məktub ünvanlamışdı.

Moderator.az Avropa.info-ya istinadən  xəbər verir ki, həmin məktubda Azərbaycanda mövcud olan ictimai-siyasi durum, Avropaya inteqrasiya məsələləri bağlı məqamlar və Milli Şuranın bu məsələlərə baxışı öz əksini tapmışdı.  Məktubda xüsusilə vurğulanmışdı ki, “Şərq partnyorluğu” proqramı çərçivəsində qarşıdan gələn Vilnüs sammitində Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq strateji partnyorluq haqqında sənədin hazırlanmasında əsas şərtlərindən biri kimi Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin şəfaf və demokratik keçirilməsi olmalıdır. Oktyabrın 8-də Milli Şuranın məktubuna cavab verilib. Milli Şuranın məktubunu Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti Üzrə komissarı Ştefan Füle cavablandırıb. Məktubda eyni zamanda vurğulanır ki, Ştefan Füle bu məktubu Avropa Birliyinin prezidenti Joze Manuel Borroza və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun da adından imzalayıb. Və məktub onların da mövqeyini əks etdirir. Onu da qeyd edək ki, bu məktub oktyabrın 8-də imzalanıb. Məktubda vəd verildiyi kimi artıq dünən oktyabrın 11-də Avropa Birliyinin rəsmiləri - Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton, Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti Üzrə komissarı Ştefan Füle Azərbaycanda keçirilən seçkilərlə bağlı mövqelərini ifadə ediblər. Həmin mövqedə bir daha vurğulanıb ki, Avropa Birliyi ATƏT/DTİHB müşahidə missiyasının dəyərləndirmələrini əsas götürür və Azərbaycan hakimiyyətini bu tənqidlərdən nəticə çıxartmağa çağırırlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin